Göygöldə motosikletlə avtomobil toqquşub.
Globalinfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Nicat Məmmədov idarə etdiyi motosikletlə “Mercedes” markalı maşınla toqquşub.
Qəza zamanı kuryer xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.