Hindistan öz artilleriya mərmilərinin Avropa vasitəsilə Ukraynaya ötürülməsinə qadağa qoymur.
Globalinfo.az xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” Agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik Hindistanın məsələ ilə bağlı Rusiyanın etirazına məhəl qoymadığını bildirib. Həmin mərmilərin artıq bir ildir Ukraynaya göndərildiyi qeyd edilir.
Nəşr yazır ki, Kreml Dehli ilə keçirilən yüksək səviyyəli görüşlərdə bu məsələni iki dəfə qaldırıb, lakin cavabın necə olduğu açıqlanmayıb.
Bununla belə silahların daha çox İtaliya və Çexiyadan Ukraynaya göndərildiyi qeyd edilib. Ümumilikdə Hindistanın bu ölkələrə göndərdiyi silah həcmi son 2 ildə 60 dəfədən çox artaraq 135 milyon dollara çatıb.
Əliyar Xəlil
Globalinfo.az