ABŞ iki ölkəyə xəbərdarlıq etdi: Sabahdan…

NEWS 181009999 AR 0 YYAQOAQGHSJK

ABŞ martın 4-dən Kanada və Meksikadan məhsullara rüsum tətbiq edəcək. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Vacib bir məqam var: sabahdan Kanada və Meksikaya qarşı 25 faiz gömrük rüsumu tətbiq ediləcək və bu, sadəcə başlanğıcdır. Onların yalnız bir çıxış yolları var, o da ABŞ-da özlərinin avtomobil zavodlarını və ya digər sənaye güclərini qurmaq. Yalnız bununla onlar rüsumlardan azad ola bilərlər”, – ABŞ lideri bildirib.

Aysel Əliyeva
Globalinfo.az