pasinyan 99

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirməsi ilə bağlı referendumun təşkili və keçirilməsinə dair açıqlamaları ziddiyyətlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Seçki kampaniyası zamanı Paşinyan bəzən bir-birinə tamamilə zidd və qarışıq bəyanatlar verirdi. Eyni zamanda, o, bəzən kifayət qədər açıq şəkildə etiraf edirdi ki, Ermənistanı hələlik heç kim Aİ-yə dəvət etməyib və ölkə ümumiyyətlə heç vaxt Aİ üzvü olmaya bilər”, – deyə o bildirib.

Qaluzinin sözlərinə görə, hazırda İrəvanda Ermənistanın Aİ və Aİİ-yə üzvlüyü ilə bağlı çox şey deyilib:

“Buna baxmayaraq, məsələdə hələ də aydınlıq yoxdur”.

Avqustun 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi hələ mümkün deyil. Onun sözlərinə görə, referendum Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən sonra keçirilə bilər.

Əliyar Xəlil
Globnalinfo.az

Paylaş: