gallery news 202603060818140 2

Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyinə məxsus diplomatik nömrə nişanlı “Kia” markalı avtomobil “Prajskaya” metro stansiyasının giriş qapısına çırpılıb.

Globalinfo.az istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən “Columbus” ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.

Beləliklə avtomobil inersiya nəticəsində “Prajskaya” metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb.

Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.

Paylaş: