Ahmed SHara

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Suriya hökumətinin oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Sammitinə dəvət ediləcəyini açıqlayıb.

Globalinfo.az-ın məlumatına görə, Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Suriyanın mövcud hökuməti ilə əlaqələri davam etdirir və bu ölkədə maraqlarını qoruyur.

“Əlbəttə ki, belə dəvətlər olacaq. Biz Suriyanın hazırkı hökuməti ilə münasibətlərimizi davam etdiririk və bu əlaqələr gələcəkdə də qorunacaq,” – deyə Kremlin sözçüsü qeyd edib.

Peskov həmçinin ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarına da münasibət bildirib. O, bu addımı “ABŞ-ın suveren iradəsi ilə qəbul edilmiş qərar” kimi qiymətləndirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: