WhatsApp Image 2024 12 26 at 15.28.09

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO müttəfiqləri ilə müqayisədə Ukraynaya yardıma daha çox pul xərcləməsindən narazılığını bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, Oval kabinetdə çıxışı zamanı deyib.

“Vaşinqton Kiyevə dəstək üçün alyansa üzv ölkələrdən 200 milyard dollar çox sərmayə qoyub. Gülməlidir, çünki bu, onlara daha çox təsir edir. Aramızda okean var və biz Ukraynaya NATO-dan 200 milyard dollar çox xərclədik”.

ABŞ lideri vurğulayıb ki, Şimali Atlantika Alyansı bu balanssızlığı kompensasiya etmək üçün maliyyə yükünün daha böyük hissəsini öz üzərinə götürməyə borcludur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: