MN: “Ermənistan mətbuatının məlumatları böhtan xarakterli növbəti yalandır”

 

“Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır”.

Globalinfo.az bildirir ki,  bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada qeyd edilib.

“Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır”, – məlumatda əlavə olunub.