Misir vətəndaşlarını Ukraynanı təcili tərk etməyə çağırıb

Misir səfirliyi bütün ölkə vətəndaşlarını “mümkün qədər tez” Ukraynanı tərk etməyə çağırıb. Niyə müharibənin səkkizinci ayında belə “vacib məsləhət” verildiyi mesajda göstərilməyib.

APA-nın “Egypt Today”ə istinadən məlumatına görə, misirlilərdən qonşu ölkələrə əlçatan quru yollarla Ukraynanı tərk etmələri istənilib. Ölkəni tərk etməyə qərar verən hər kəs səfirliklə əlaqə saxlamalı və məlumatlarını yeniləməlidir.