Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyini (FHN) məlumat yayıb.
Məlumata görə, binanın birinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd masa, 1 ədəd ütü və pərdə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.