69b41af7abe7269b41af7abe73177341106369b41af7abe7069b41af7abe71 6

Mingəçevirdə bayram tonqalı yanğına səbəb olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, köçkün şəhərciyinin yaxınlığında qeydə alınıb.

Yanğın geniş ərazini əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Paylaş: