qeza 14

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri Samux küçəsində “Mersedes” və “Qaz 3110” markalı minik avtomobillər toqquşub.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində “Qaz 3110”da olan sərnişinlərdən 1983-cü il təvəllüdlü Azər Manafov hadisə yerində dünyasını dəyişib. Dünən isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yaralılardan biri – 1962-ci il təvəllüdlü Yolçu Cavadov da həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralı 2009-cu il təvəllüdlü Rəsulzadə Turanın müalicəsi Xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, baş vermiş hadisədə sürücülər nisbətən yüngül xəsarətlə xilas olublar.

İki sərnişinin öldüyü avtomobilin fotosunu təqdim edirik:

WhatsApp Image 2023 01 16 at 17.58.26

Malik
Globalinfo.az

Paylaş: