Millimiz FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib.

Globalinfo.az xəbər verir ki, komanda 1143 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.

Reytinqin zirvəsində DÇ-2022-nin qalibi Argentina yer alıb. Fransa seçməsi ikinci, Braziliya isə üçüncü sıradadır.