Milli Məclisə yeni avtomobillər alındı

“Milli Məclisin xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və istismara verilib”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, yeni avtomobillərin alınması ilə avtopark yenilənib.