Rusiyadan növbəti Qarabağ açıqlaması

“Qarabağda vəziyyət ağır olaraq qalır, Rusiya tərəfi insanların normal yaşayışının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN sözçüsü Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib:

“Rusiya Federasiyasının sülhməramlıları yanğının söndürülməsində fəal iştirak ediblər. Zərərçəkənlərə yerində tibbi yardım göstərilib, ağır yaralılar helikopterlər vasitəsilə Ermənistana çatdırılıb. Sülhməramlı kontingent regionda sabitləşdirici rol oynayır”.

Ayşən Mustafa
Globalinfo.az