Mikroavtobus yük maşını ilə toqquşdu: ölən və 11 nəfər yaralanan var – ADLAR

21:14

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib.

Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət alanlar aşağıdakılardır:

1991-ci il təvəllüdlü Nübar Alışalı qızı Əkbərova

1999-cu il təvəllüdlü Fatimə Xalıq qızı Hətəmova

1994-cü il təvəllüdlü Püstəxanım Hafiz qızı Mikayılova

1991-ci il təvəllüdlü Səbinə Zülfüqar qızı Bağırlı

1997-ci il təvəllüdlü Aynur Mirzağa qızı Məmmədova

1990-cı il təvəllüdlü Elnurə Xoşbəxt qızı Məlikova

2003-cü il təvəllüdlü Səbuhi Rüfət oğlu Zalıyev

2000-ci il təvəllüdlü Xanım Etibar qızı Səmədova

2017-ci il təvəllüdlü Mələk Azad qızı Məmmədova

2018-ci il təvəllüdlü Nuray Azad qızı Məmmədova.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.