Mikroavtobus yük maşını ilə toqquşdu: 30 yaralı

Türkiyənin Afyonqarahisar rayonunun Əmirdağ qəsəbəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus və yük maşını toqquşub.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım qrupları tərəfindən Əmirdağ Dövlət Xəstəxanasına aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.