Mikroavtobus maneəyə çırpıldı: xəsarət alanlar var

Tovuz şəhərində marşrut xətti üzrə hərəkət edən mikroavtobus maneəyə çırpılıb, xəsarət alanlar var.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə yerinə Təcili Tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Hadisənin başvermə səbəbləri araşdırılır.