sevdan bir ates

Türkiyənin “Show TV” kanalında gedən “Sevdan bir ateş” serialının ilk bölümündə Azərbaycan musiqisi səsləndirilib.

Globalinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, serialın ilk bölümünün sonunda bəstəkar Emin Sabitoğlunun musiqisi və Mikayıl Müşfiqin sözləri əsasında ərsəyə gələn məşhur “Ayrılıq” mahnısı səsləndirilib.

Mahnı Türkiyənin tanınmış sənətçisi Selda Bağcanın ifasında təqdim olunub. Leylanın Mirzanın olduğu qatarı çatmağa çalışdığı duyğulu səhnədə “Ayrılıq” mahnısının səslənməsi tamaşaçıların diqqətini çəkib.

Mahnının serialda səsləndirilməsi sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər Azərbaycan mahnısının səhnəyə xüsusi təsir və duyğu qatdığını bildiriblər.

Qeyd edək ki, Kapadokyada çəkilən serial nikahlarına az qalmış yolları ayrılan iki gəncin yeddi il sonra yenidən qarşılaşmasından bəhs edir.

Paylaş: