dere masin

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində “Mersedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: