Mərdəkan yolunda ağır qəza: ölən var – VİDEO

VerQ2o6AnT4fz7YE8BlsG0rUCjGjPhASpHBhWAFY 1200

Bakıda Mərdəkan yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Hyundai i30” markalı minik maşını yol kənarındakı dəmir maneəyə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobili idarə edən sürücü 18 yaşında olub və aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik: