m 3

Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş Əkrəm İmamoğlunun həbsi ilə bağlı qərardan danışıb.

Globalinfo.az xəbər verir ki, o, hüquq sistemindən utandığını deyib.

“İfadələr, iddialar, ittihamlar 5 dəqiqədən sonra ictimaiyyətə açıqlandı. Bunların hamısı məxfi olmalı  idi. Vəkillərlə əlaqə yarada bilməmək prosesin siyasi müdaxilə ilə edildiyini açıq şəkildə göstərir. Bütün dünyada bununla bağlı şərhlər verildi. Hüquq sistemimiz sorğulandı”, – deyə o bildirib.

Qeyd edək ki, beş gündür davam edən əməliyyatda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “korrupsiya” işi ilə bağlı həbs edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: