
Pakistanın Murri şəhərində məktəbli uşaqları daşıyan mikroavtobusun dərəyə yuvarlanaraq alovlanması nəticəsində 11 uşaq xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, hadisə Sayn Road Məsiyari ərazisində baş verib.
Qəza zamanı iki özəl məktəbin şagirdlərini daşıyan mikroavtobus dərəyə düşdükdən sonra yanmağa başlayıb.
Murri Dairə Polis Məmuru Rza Tənvirin məlumatına görə, ağır yanıq xəsarətləri alan dörd uşaq müalicə üçün Ravalpindidəki Holy Family Hospital-a çatdırılıb. Daha yeddi uşaq isə Murri Rayon Baş Qərargah Xəstəxanasına yerləşdirilib.
Safura Bənnayeva
Globalinfo.az