nazir

Kanadanın Baş naziri Mark Karni Britaniya Kolumbiyasındakı məktəbdə baş verən atışmadan sonra Münhen Təhlükəsizlik Konfransına səfərini təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CTV” telekanalı Baş Nazir Ofisinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, baş nazir həmçinin 11 fevralda Nova Scotia ştatının Halifax şəhərində keçiriləcək müdafiə açıqlamasını da ləğv edib.

Qeyd edək ki, fevralın 11-də Kanadanın Britaniya Kolumbiyasındakı Tumbler Ridge liseyində atışma baş verib. Şübhəli silahlı şəxs də daxil olmaqla, ən azı 10 nəfər həlak olub. İki yaralı ağır vəziyyətdə vertolyotla xəstəxanaya çatdırılıb. Təxminən 25 nəfər yerli tibb mərkəzində müalicə alıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: