MBDA bu raketin kütləvi istehsalına başlayır

mbda onew 1749991342

“Storm Shadow/Scalp” istehsal edən Avropa raket sistemləri istehsalçısı MBDA fransız avtomobil istehsalçısı ilə birlikdə yeni uzun mənzilli raketi “One Way Effector”un istehsalına başlamağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə MBDA-nın baş direktoru Erik Beranger məlumat verib.

“Bu, böyük həcmdə istehsal oluna və yerləşdirilə bilən yeni uzaqmənzilli raketdir – 500 kilometr. Məqsədimiz ayda 1000 ədədə qədər, hətta lazım gələrsə, daha çox istehsala nail olmaqdır”, – deyə konsernin rəhbəri əlavə edib ki, qərar digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsi ilə əlaqədar olaraq atılan addımdır.

Əliyar Xəlil 

Globalinfo.az