Mbappe “Qızıl buts” mükafatı aldı

Xəbər verdiyimiz kimi, dünya çempionatının finalında Argentina Fransanı penaltilər seriyasında məğlub edib.

Həlledici oyunda 3 qol vuran fransızların hücumçusu Kilian Mbappe isə mundialın bombardiri olub.

O, 8 qolla “Qızıl buts” mükafatına layiq görülüb.