2020 06 05T000000Z 132120602 RC2Z2H9P9U5M RTRMADP 3 ISRAEL PALESTINIANS ANNEXATION PROTEST S 0

Maskalı israilli mühacirlər İordan çayının qərb sahilində fələstinli fermerlərə və xarici fəallara hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, hadisə İordan çayının qərb sahilinin Qusra şəhərində baş verib.

İsrail Müdafiə Qüvvələri hücumu etiraf edib. Bildirilib ki, əsgərlər hadisə yerinə göndərilib. Onlar atəş açaraq hücumu həyata keçirənləri  qaçmağa məcbur ediblər.

Fəalların dediyinə görə, əsgərlər könüllüləri müşayiət edən bir fələstinliyə də silah tuşlayıb və onun istiqamətinə atəş açıblar. Üç beynəlxalq fəal və bir fələstinli fermer xəsarət alaraq xəstəxanaya aparılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: