Ukrayna dağıdılır, növbəti hədəf bizik – Manukyan

“Rusiyanı özümüzə düşmən elan etməməliyik, İran isə bizim güclü qonşumuzdur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Aram Manukyan deyib.

“Bəzi avropalı bürokratlar bizim qərbpərəstlərə pul verərək onlara əmr edirlər. Bildirirlər ki, Ermənistan Rusiyadan üz döndərsə, Ukrayna kimi bizə də silah verəcəklər. Onlar Ukrayna xalqını ruhlandırdılar. İndi isə Ukrayna dağıdılır, xalq məhv olur. Odur ki, Ermənistan İran və Rusiya ilə məsləhətləşmələrdən çəkinməməlidir. Bu o demək deyil ki, biz Avropa ilə əlaqələri inkişaf etdirməməliyik. Hərçənd amerikalılar bizim təhlükəsizliyimizə zəmanət verə bilməyəcəklərini deyirlər. Bütün bunları nəzərə alaraq Avropanın maraqlarına görə, Rusiyanı özümüzə düşmən etməməliyik”.

Manukyan əlavə edib ki, Ermənistan əvvəlki müttəfiqlərindən imtina etmədən yeni alternativ təminatlar axtarmalıdır.

“Hər şey balanslı olmalıdır. Ermənistan mümkün qədər hamı ilə yaxşı münasibət saxlamalıdır. Çünki bir ölkə ancaq dostlarının sayı qədər güclüdür”, – erməni siyasətçi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az