Makron Qərbin Rusiya ilə bağlı planını ifşa etdi

“Qərb Rusiya ilə müharibəyə başlamaq niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, Qərb ölkələri gərginliyin qarşısını almaqda qərarlıdır.

Makron, Rusiya-Ukrayna münaqişəsi başlayandan Qərbin bunu uğurla həyata keçirdiyini vurğulayıb.

Qeyd edək ki, daha öncə Fransa Prezidenti Ukraynaya dəymiş ziyanın ödənilməsi mexanizmini hazırlamaq niyyətində olduğunu bəyan edib. Bu mexanizmin Ukrayna NATO-ya qoşulana qədər, yəni ən azı 10 il davam edəcəyini açıqlayıb.

Makron bu il Ukrayna Silahlı Qüvvələrinə təxminən üç milyard avro yardım edəcəyinə vəd verib. Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukrayna Silahlı Qüvvələrinə yardımın artırılması qərarından sonra prezident Emmanuel Makronun istefasını tələb edib. O, hökuməti Fransa və onun vətəndaşları hesabına Ukraynaya daha çox pul xərcləməkdə günahlandırıb.

Əliyar Xəlil
Globalinfo.az