
Venesuela ABŞ-a həbs etdiyi 6 amerikalını verməyə razılıq verib.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O özünün xüsusi müşaviri Riçard Qrenelin Karakasa səfərindən sonra bu razılığın əldə edildiyini bildirib.
Qrenel X səhifəsində ABŞ vətəndaşlarını evlərinə apardığını yazıb.
Qeyd edək ki, Qrenel dünən Venesuelaya getmişdi. O, səfər çərçivəsində Venesuela Prezidenti Nikolas Maduro ilə görüşmüşdü. Tərəflər arasında ikitərəfli münasibətlər müzakirə edilib. Görüş zamanı sosial şəbəkədə paylaşım edən Tramp Bayden administrasiyasını Venesuela ilə gizli ticarətdə ittiham edib.
ABŞ hazırda Venesuelada Maduro hakimiyyətini rəsmən tanımır.