“Rusiya və Belarus bir-birindən ayrıla bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Birlik Dövlətinin dövlət katibi Sergey Qlazyevlə görüşündə bildirib.
“Rusiyada bəziləri deyir ki, kimsə Minski Moskvadan qoparmağa çalışır. Mən yalnız bir şeyi deyəcəyəm: bu gün Belarusu Rusiyadan və ya Rusiyanı Belarusdan qopara biləcək heç bir qüvvə yoxdur”, – deyə o qeyd edib.
Lukaşenkonun sözlərinə görə, Belarus həmişə Rusiyaya yönəlib: “Ölkələr arasında hər sahədə tam birlik var”.
Əliyar Xəlil
Globalinfo.az