Lukaşenkodan rus ordusuna eyham

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki Rusiya qoşunlarını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Lukaşenkonun mətbuat xidməti yayıb. Ziyarət zamanı Lukaşenkoya Belarus ordusu ilə birgə aparılan hazırlıqların detalları məruzə edilib. Diqqət çəkən məqam isə Lukaşenkonun bundan sonra rusiyalı hərbçilərə tərəf dönərək “ümumi işi görürük” deməsi olub.

Qeyd edək ki, keçən ilin sonlarından Rusiya ordusu Belarusdadır. Moskva Minski Ukraynaya müdaxiləyə razı salmağa çalışsa da, Lukaşenko israrla bundan qaçır.

Aqşin
Globalinfo.az