Lukaşenko Priqojinin yerini açıqladı: “Belarusda deyil”

“Yevgeni Priqojin hazırda Belarus ərazisində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Vaqner” xüsusi hərbi şirkəti Rusiyaya məxsusdur. Buna görə də bu şirkətlə bağlı sualların mənə aidiyyəti yoxdur. Priqojinə gəldikdə isə o, Belarus ərazisində deyil, Sankt-Peterburqdadır”, – Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Lukaşenko Yevgeni Priqojinlə danışaraq “Vaqner” qruplaşmasının Rusiyada hərbi çevirilişə cəhddən geri çəkilməsinə nail olmuşdu. Bundan sonra Priqojinin Belarusa yol düşdüyü açıqlanmışdı.

Tahir Turan
Globalinfo.az