64a991730376564a9917303766168883441964a991730376164a9917303763

Lerik rayonunun Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyü yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tövlənin damına yığılan 1 ton ot bağlaması yanıb.

“Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

Paylaş: