Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib.
Bələ ki, Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Qurbanlının idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində sürücü, maşında olan həyat yoldaşı-1995-ci il təvəllüdlü Aidə Qurbanlı, 5 yaşlı övladları N.Q və 1989-cu il təvəllüdlü Rəva Əliyeva xəsarət alıblar.
Ətraflı
Onlar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq rayon xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.