Lerikdə ağır qəza: 19 yaşlı gənc öldü, qazi yaralandı

Lerikdə avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, qəza zamanı Lənkəran rayonunun Kərgəlan kənd sakini, 2004-cü il təvəllüdlü Rəvan Çingiz oğlu İbadzadə dünyasını dəyişib.

Onun həmkəndliləri – sürücü, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovla 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z.Həmidov Qarabağ qazisidir.