Lavrov və Abdullahian Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“Rusiya tərəfi bir daha İsrailin Dəməşqdəki konsulluğa hava hücumunu kəskin şəkildə pislədi. Toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin olunan diplomatik obyektlərə edilən istənilən hücumun qəbuledilməzliyi vurğulandı. Beynəlxalq və regional gündəlikdəki aktual məsələlər üzrə koordinasiyanın yüksək səviyyədə saxlanmasına qarşılıqlı sadiqlik təsdiqləndi. Hər iki tərəfin siyasi və diplomatik əməkdaşlıqda, ticarət-iqtisadi, nəqliyyat və logistika sektorunda, tranzit daşımalarda maraqlı olduğu diqqətə çatdırılıb”, – deyə Rusiya XİN-in məlumatında bildirilib.

Əliyar Xəlil
Globalinfo.az