
“Qərb Kiyevə silah göndərməyi dayandırsa, Ukraynadakı münaqişə bitəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Qərb Ukrayna ilə bağlı təşəbbüslərində münaqişənin kökündən danışmır.
“Ukrayna böhranının həlli yerində reallıqları nəzərə almalıdır. Lakin Qərb Kiyevə silah-sursat verməyi dayandırmalıdır və o zaman münaqişə bitəcək”, – Lavrov bildirib.
Lavrov Çin və Braziliya da daxil olmaqla bir sıra ölkələrin bütün tərəflər üçün məqbul sayılacaq prinsiplər üzrə sülh konfransının keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
“Ukraynadakı münaqişənin bir çox köklü səbəbləri var: dövlət çevrilişi, rus dilinin qadağan edilməsi və Minsk razılaşmalarına əməl olunmaması əsasə səbəblərdir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az