Lavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi – FOTOLAR

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanı ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

Sergey Lavrov Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edibLavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib