Cənubi Qafqaz qarışdırılır: sülhməramlılar hazırdır – Lavrov

“ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik yaradarkən Rusiya sülhməramlıları sülhün bərqərar olmasına dəstək verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Brüssel öz geosiyasi ambisiyalarına uyğun olaraq Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış etməyə çalışır. Lakin Vaşinqtonla birlikdə bu addımları bölgədə sabitliyin pozulması ilə nəticələnir. Artıq Bakı və İrəvan iki ölkənin suverenliyinin qarşılıqlı tanınması ilə bağlı məsələni  həll ediblər. Bundan sonra sabitlik və güvən formalaşdırmaq lazımdır. Rusiya sülhməramlı kontingenti bu istiqamətdə hər cür dəstək göstərməyə hazırdır”, – Lavrov bildirib.

Ayşən Mustafa
Globalinfo.az