“Barselona”nın ulduzu Lamin Yamal Kilian Embappenin rekordunu qıraraq “Qızıl top”a namizəd olan ən gənc oyunçu kimi tarixə düşüb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı Lamin Yamal “Real Madrid”in ulduz futbolçusu Kilian Embappeni geridə qoyub.
Qeyd edək ki, 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu (“Ən-Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) namizədlər arasında yer almayıblar.