
Laçın rayonunda insan qalıqlarının tapılması ilə bağlı görüntü yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Faktlarla – Operativ Xəbərlər” Teleqram kanalı video paylaşıb.
Bildirilib ki, insan qalıqlarının rayonun Şəlvə kəndi ərazisində tapıldığı iddia edilir.
Qeyd edək ki, Ermənistan Birinci Qarabağ müharibəsində xüsusi amansızlıqla qətlə yetirdiyi mülki azərbaycanlıların izini itirmək üçün onları müxtəlif yerlərdə basdırıb və bu gün də taleləri ilə bağlı məlumat vermir.