Laçında tutulması xəbəri yayılan erməni general tapıldı, bunları dedi

“2018-ci ilə qədər erməni xalqı öz idarəçiliyi və təhlükəsizliyi üçün Qarabağ və Ermənistanın ərazi bütövlüyünü qorumağa, təmin etməyə hazır olan siyasi qüvvələrə səs verdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri separatçıların məhv olmuş “təhlükəsizlik şurası”nın keçmiş “rəhbər”i Arşavir Qaramyan deyib.

O iddia edib ki, 2018-ci ildən etibarən erməni xalq bunu bacarmayan qüvvələrə səs verdi və nəticədə Qarabağ itirildi.

Qeyd edək ki, “Sputnik” A.Qaramyanın da Laçın “post”unda saxlanıldığını iddia etmişdi. Daha sonra bu məlumat təsdiqlənməmişdi.

Safura Bənnayeva
Globalinfo.az