Kürdəxanıda dörd avtomobil toqquşdu: Yaralananlar və ölənlər var

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Globalinfo.az-a bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, 4 avtomobilin toqquşması nəticəsində Cavanşir Məhəmməd oğlu Saidov və sürücü hadisə yerində ölüblər.

Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Könül Murad qızı Muradova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ölən Cavanşir Saidov Xətai Rayon Polis İdarəsinin əməkdaşıdır.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.