IMG 9800

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a verilən məlumata görə, qəza saat 15:30-da Bakı-Qazaxı yolunun 179-cu kilometrində qeydə alınıb.

Belə ki, Rəvan Əhməd oğlu Məmmədovun idarə etdiyi 90-NF-858 dövlət qeydiyyat nişanlı “Mercedes Ateco” markalı yük avtomobili ilə Pərvin Qalib oğlu Məmmədovun idarə etdiyi 77-QB-543 dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Ford Fusion”un sərnişini Bayram Qalib oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: