Kürdəmirdə qəza olub: Ölənlər var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn VAZ-2106 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2-si isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.