1649252656 14798055706300760345 1000x669

Kənd sakinlərinin Globalinfo.az-a verdiyi məlumata görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub.

Qəzada həlak olan ana və oğulun fotosu:

WhatsApp Image 2025 10 25 at 23.47.58

***

Bu gün saat 19:30 radələrində Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***20:28

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adları məlum olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, N. Əbilovun idarə etdiyi traktorla İ. Hüseynovun idarə etdiyi “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə Uğur Rəşad oğlu Hüseynov və anası Vüsalə Rəfail qızı Hüseynova ölüb.

Səmiyə Əbülfət qızı Hüseynova, İlkin Əli oğlu Hüseynov və Yusif Rəşad oğlu Hüseynov isə ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

***20:05

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.

Paylaş: