2026-cı il futbol üzrə dünya çempionatının qaliblərinə kuboku Beynəlxalq Futbol Federasiyasının (FİFA) Prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə FIFA rəhbəri “Fox News” telekanalının efirində bildirib.
“Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik”, – İnfantino deyib.
Qeyd edək ki, Dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-ın Nyu-Cersi ştatı) “Metlayf” stadionunda keçiriləcək.