Salvador Valdes Mesa Azərbaycandadır

Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycana səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Kubanın ölkəmizdəki səfirliyi tərəfindən bildirilib.

Qeyd olunub ki, vitse-prezidentin səfər çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasda iştirakı planlaşdırılır.