“KTMT Ermənistan qarşısındakı təhlükəsizlik öhdəliklərini yerinə yetirmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib.
Paşinyan bildirib ki, təşkilat Ermənistanın suverenliyi və təhlükəsizliyinə təhdid yaradır:
“Biz KTMT-yə üzvlüyümüzü yalnız suallarımız aydın şəkildə cavablandırıldığı təqdirdə bərpa etməyi düşünə bilərik. Bunu 2 il əvvəl də demişdik, ancaq hələ də cavab almamışıq. Ona görə də təşkilatda üzvlüyümüz dondurulub və getdikcə ondan uzaqlaşırıq. Belə davam edərsə, geridönüş olmayacaq”.
Əliyar Xəlil
Globalinfo.az